EN

Veşoviç 220 minə razıdır, "Turan Tovuz" isə...

"Qarabağ"dan ayrılan cinah müdafiəçisi Marko Veşoviç "Turan Tovuz"a keçə bilər.
 
Monteneqrolu futbolçu bölgə komandasında oynamağın əleyhinə deyil.
 
Onun qərb təmsilçisində oynayıb-oynamayacağı hazırda davam etdirilən danışıqların nəticəsindən asılıdır. Belə ki, Tovuz klubu Veşoviçə illik 200 min dollar ödəməyə hazırdır. Balkan təmsilçilərindən 150-180 minlik təklifləri olan təcrübəli futbolçu isə "boz qurdlar"dan 220-250 min dollar aralığında pul istəyir. (fanat.az)
Chosen
21
4
moderator.az

5Sources