EN

Qala divarları ilə Buxara karvansarasının təmirinə hər il 4 milyon pul xərclənir


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Almaniyanın “Atelier Erich Pummer GMBH” şirkəti ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
 xəbər verir ki, Qoruq İdarəsi bu müqavilələri tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Atelier Erich Pummer GMBH” İdarənin sifarişi əsasında Qala divarlarının təmiri və bərpası  işlərini həyata keçirəcək və qarşılığında 2 milyon manat alacaq.
Bundan başqa şirkət Buxara karvansarasının təmiri və bərpası işləri üçün İdarədən 2 milyon 147 min manat alacaq.
Qeyd edək ki, “Atelier Erich Pummer GMBH” şirkəti Almaniya vətəndaşı Erix Pumer tərəfindən təsis edilib. 2009-cu ildən Azərbaycanda ofis açaraq ölkəmizdə də fəaliyyətə başlayıb. Erix Pumer bu günə kimi aralarında “Qız Qalası”, “Buxara” və “Multanı” karvansaraları, “Opera Teatrı”, “Qoşa Qala qapısı”, “Şirvanşahlar sarayı”, “Bəylər Məscidi” kimi tarixi abidələrin də olduğu onlarla tikilidə bərpa-təmir işləri həyata keçirib.
Onu da bildirək ki, “Atelier Erich Pummer GMBH” şirkətinin gördüyü işlər üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi heç vaxt açıq tender müsabiqəsi keçirməyib. Tarixi abidələrin təmiri və bərpası birbaşa Erix Pumerin şirkətinə həvalə edilib.
Məlumat üçün qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən il də Qala divarları ilə Buxara karvansarasının təmiri və bərpası üçün “Atelier Erich Pummer GMBH” şirkəti ilə 2 satınalma müqaviəsi bağlayıb.
Qoruq İdarəsi 2 milyon manat Qala divarlarının, 2 milyon manat da Buxara karvansarasının təmiri və bərpası üçün bu şirkətə ödəniş edib.

Elnur Əli
Chosen
78
2
yeniavaz.com

3Sources