EN

Sunami Rusiyada bu zavodu tamamilə dağıtdı


Paramuşirdəki “Alaid” balıq zavodu sunami zamanı bütün avadanlıqlarını itirib və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Severo-Kuril rayonu administrasiyasından bildirilib.

“Zavod hazırda fəaliyyət göstərmir və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. Sunami bütün elektrik avadanlıqlarını sıradan çıxarıb, bütün soyuducu avadanlıqlar, sexlərdəki konveyerlər yararsız hala düşüb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən güclü zəlzələ sunamiyə səbəb olmuşdu.


Chosen
81
7
news24.az

10Sources