Ağcabədidə minik maşını ilə motosiklet toqquşub, 1 nəfər ölüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə iyulun 2-də rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.Amil Həsənovun idarə etdiyi "Hundai" markalı minik maşını motosikletlə toqquşub. Qəza nəticəsində motosikletçinin tərkində olan Məmmədov Tural hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.