"Real Madrid" klubunda çıxış edən 24 yaşlı Rodriqo sevgilisi Bruna Rotta ilə ayrılıb.
Offsideplus.az  xəbər verir ki, futbolçunun uzun müddətdir birlikdə olduğu sevgilisi Bruna Rotta münasibətlərinin bitdiyini rəsmi olaraq təsdiqləyib.
Bruna Rotta sosial mediada yayımladığı paylaşımda ayrılığın baş verdiyini açıq şəkildə ifadə edib. Cütlük bir müddət əvvəl bir-birini izləmədən çıxarmış, bu isə tərəfdarların və mediada izləyicilərin diqqətindən yayınmamışdı.
Ayrılıqdan sonra Bruna paylaşdığı emosional videolarda "Səni unutmağın, yenidən sevməyin zamanı gəldi" kimi ifadələrlə Rodriqoya dolayı mesajlar göndərib. O, münasibətin bitməsinə görə təəssüf hissi keçirdiyini də gizlətməyib.
Rodriqo isə bir müddət əvvəl, Beynəlxalq Qadınlar Günü münasibətilə Brunanı təbrik etmiş və ona olan hisslərini romantik paylaşımla ifadə etmişdi. Lakin bu jest də münasibəti xilas edə bilməyib.
Bruna Rotta açıqlamasında münasibətin artıq sonlandığını, lakin bir-birilərinə hörmətlə yanaşmağa davam edəcəklərini bildirib.