EN

"Şamaxı" "Sumqayıt"a qalib gəldi

"Şamaxı" və "Sumqayıt" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

"Football-plus.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş şamaxılıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Karim Rossi vurub.

Xatırladaq ki, "Sumqayıt" yay hazırlıq toplanışında daha əvvəl "İmişli" ilə 0:0 hesablı heç-heçə edib, "Kəpəz"ə isə qalib gəlib - 2:1. "Şamaxı" isə "Qəbələ"yə 1:2 hesabı ilə uduzub, "Karvan"a qalib gəlib - 2:0,"Kəpəz"i 6:1 hesabı ilə məğlub edib.

Chosen
22
5
football-plus.az

8Sources