"Çelsi" klubu növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, söhbət 19 yaşlı sol cinah müdafiəçisi Correl Hatodan gedir.
Belə ki, londonlular bir müddətdir danışıqlar apardığı gənc oyunçunu heyətinə qatıb. Bu transfer üçün "Ayaks"a 43 milyon avro ödənilib.
Qeyd edək ki, gənc oyunçu ötən mövsüm "Ayaks" forması ilə 50 oyuna 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.