EN

Ağdərə meşəsi yanır

Ağdərə rayonunda meşə massivində yanğın başlayıb.

"Unikal"ın məlumatına görə, yanğın rayonun Vəngli kəndi ərazisində meşə 1 massivindəki dağlıq ərazidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər və Ağdərə Rayonları Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Chosen
11
12
unikal.az

10Sources