EN

Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - YENİLƏNİB + FOTO

Tərtərdə kanalda boğularaq ölən şəxs - Natiq Namiq oğlu Hüseynov şəhid Adil Hüseynovun qardaşı imiş.
 
Moderator.az "Qafqazinfo"ya istinadən bildirir ki, onlar ailədə 2 qardaş olublar. Kiçik qardaş Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Natiq isə bu gün Tərtər kanalında faciəli şəkildə həlak olub.
 
Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov
 
 
Fotoda: Natiq Hüseynov
 
 
19:05
 
Tərtər rayonu ərazisində boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər.
 
Moderator.az məlumat verir ki, dörd nəfər Cəmilli kəndi ərazisində çimmək məqsədilə Suqovşan-Goranboy magistral su kanalına düşüblər.
 
Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Ərazidə olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas ediblər.
 
Dördüncü şəxs, 1994-cü il təvəllüdlü Natiq Namiq oğlu Hüseynovun cansız bədəni beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.
 
18:30
 
Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.
 
Moderator.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
 
İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Bir nəfərin isə öldüyü bildirilir. Digər 2 şəxsdən isə xəbər yoxdur.
 
Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.
 
Chosen
50
17
moderator.az

10Sources