Türkiyənin "Fənərbağça" klubu sabiq "Qalatasaray"lı futbolçunun transferində iddialıdır.
Offsideplus.az xəbər verir ki, söhbət hazırda "Benfika"da çıxış edən 26 yaşlı Kerem Aktürkoğludan gedir.
Belə ki, "Fənərbağça" hazırda onun transferi üçün "Benfika" ilə rəsmi danışıqlar aparır.
Qeyd edək ki, cinah hücumçusunun adı bir müddət əvvəl "Beşiktaş" ilə də hallanırdı. Türkiyəli futbolçu "Benfika"nın heyətində 54 oyuna 16 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.