EN

Sağlam olmaq üçün qəbul etdiyiniz vitaminlərdən sağlamlığınızdan ola bilərisiniz – XƏBƏRDARLIQVİDEO

Həkimlər son illərdə vitamin və qida əlavələrinin istifadəsinin artığını deyir.

Xezerxeber.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə payız və qış aylarında, həmçinin imunitet gücləndirmək məqsədilə bir çox insan gündəlik vitaminlərə üstünlük verir.

Bəs bu vərdiş nə qədər doğrudur? Hər gün vitamin qəbul etmək təhlükəlidirmi?

Həkimlər bildirir ki, vitaminlər faydalı olsa da, onların nəzarətsiz və davamlı şəkildə istifadəsi orqanizm üçün zərərli nəticələrə səbəb ola bilər.

Həkim-terapevt Adil Qeybulla deyir ki, vitaminlərin də həddi, dozası var. Xüsusilə yağda həll olunan vitaminlər - A, D, E və K - orqanizmdə yığıla bildiyi üçün artıq doza hallarında toksik təsir göstərə bilər. Bu da qaraciyərə, böyrəklərə və sinir sisteminə mənfi təsir edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
26
3
xezerxeber.az

4Sources