Yəmən sahillərində azı 20 qeyri-qanuni miqrant həyatını itirib.
Ölkənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.
Dəhşətli qəzada onlarla insanın itkin düşdüyü bildirilir. Onların taleyi hələ də məlum deyil.
Sərnişinlərin əsasən efiopiyalı qeyri-qanuni miqrantlardan ibarət olduğu bildirilir.
(Oxu.az)