EN

Gədəbəydə ağır qəza - 2 ölü, 4 yaralı

Gədəbəy rayonunun Şahdağ kəndi ərazisində avtomobil qəzası baş verib.

Modern.az xəbər verir ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüblər. Sürücü V. Məmmədov, sərnişinləri - 2020-ci il təvəllüdlü Amil Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 1995-ci il təvəllüdlü Aytən Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Gədəbəy rayonunda göstərilən tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndəriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
33
3
modern.az

9Sources