EN

"Leyptsiq" Simonsun yerinə "Çelsi"dən onu istədi

style='margin-bottom:10px;'>

"Leyptsiq" futbolçusu Xavi Simonsla bağlı "Çelsi" ilə danışıqlar zamanı london klubunun gənc futbolçusu Tayrik Corc haqqında da sorğu göndərib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Bu məsələ Xavi Simonsla bağlı danışıqlardan ayrı şəkildə müzakirə olunur və eyni transfer paketinə daxil deyil. Bundesliqa klublarının da maraq göstərdiyi Tayrik Corc "Çelsi"də oyun praktikasının az olmasına görə komandadan ayrılmağa hazırdır.

Qeyd edək ki, Tayrik Corc "Çelsi"nin akademiyasının yetirməsidir və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir.

Chosen
52
1
teleqraf.com

2Sources