EN

Gədəbəydəki ağır qəzanın bəzi təfərrüatı AÇIQLANDI

Gədəbəy rayonunda Şahdağ kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yolda qəzaya düşən "KİA" markalı avtomobillə yanaşı "Niva" və daha bir avtomobil də olub.

Sürücülər bir-birini ötüb kecməyə çalışıblar. Bu zaman "KİA" markalı maşın dərəyə aşıb.

Qəza zamanı 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991-ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində vəfat edib.
 

Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
 

Məlumat üçün bildirək ki, hadisə zamanı həyatını itirənlər arasında olan A. Tapdıqov Gədəbəy rayin Çiçəkli kənd tam orta məktəbin ingilis dili müəllimi işləyirdi.


Mərhum Birinci Qarabağ müharibəsi qazisi olub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
24
bizim.media

1Sources