EN

Azərbaycanda 100 lərlə hektar ərazi bu səbəbdən becərilmir Video

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

100-lərlə hektar ərazi su probleminə görə becərilmir.

Axar.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, 1950-ci ildə yaradılan Qarabağ Elmi Tədqiqat Bazasının əsas əkin sahələrinin bir qismi uzun illər işğal altında olub.

Digər hissəsi isə neytral ərazidə olduğu üçün becərilməyib.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, isə sahələrin 200 hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənsə də, hazırda əkin üçün yalnız 20 hektarından istifadə edilir.

Əkin sahəsi üçün cəmi 1 ədəd subartezian quyusu qazılıb. Bu isə sahələrinin suya olan tələbatının az bir hissəsini ödəyir.

Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətindən bildirildi ki, Qarabağ elmi tədqiqat bazasında yeni artezian quyusu qazılması üçün onlarda rəsmi göstəriş yoxdur. Həmçinin 2020 - ci ildən etibarət hələ ki, rayon ərazisində artezian quyularının inşası dövlət proqramına salınmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
7
axar.az

8Sources