Belçika Qəzza zolağında ilk havadan yardım əməliyyatını həyata keçirib. Metbuat.az xəbər verir ki, Belçika Müdafiə Nazirliyindən verilən açıqlamada Qəzza zolağına havadan yardım əməliyyatı çərçivəsində A400M hərbi-nəqliyyat təyyarəsindən təxminən 15 ton yardımın paraşütlə atıldığı bildirilib. Yardımın İordaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi qeyd edilib.