BAKI, 4 avqust. TELEQRAF
Rusiyalı blogger Timur Zbarski saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı volontyorlardan biri paylaşıb.
Qeyd edək ki, blogerin saxlanma səbəbi kimi onun Tayland-Kamboca ilə sərhədindəki hərbi əməliyyatları lentə alması göstərilir.
Bildirilir ki, Pattayada (Tayland) yaşayan rusiyalı bloger hazırda ölkə polisinin müvəqqəti saxlama təcridxanasındadır və ölkədən deportasiya oluna bilər.