EN

Şabranda yanğın baş verib

Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yol kənarında 2 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Xəbər 2 dəfə oxunub.
Chosen
72
9
xezernews.az

10Sources