Əvvəllər ABŞ ordusunda tərcüməçi işləmiş iki Əfqanıstan vətəndaşı Birləşmiş Ştatlardan deportasiya oluna bilər...
Poliqon xəbər verir ki, Washington Post (WP) onların vəkillərinə istinadən məlumat yayıb.
Əfqanlardan biri yaşıl kart prosedurları çərçivəsində görüşə gəldikdən sonra Konnektikutda immiqrasiya rəsmiləri tərəfindən saxlanılıb. İkinci tərcüməçi San Dieqoda sığınacaqla bağlı dinləmədən az sonra saxlanılıb.
Saxlanılan əfqanların vəkilləri Əfqanıstana qayıtmağın onlar üçün ciddi təhlükə olduğunu vurğulayıblar.
Poliqon.info