EN

BAEA nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqlarda məsələnin siyasi tərəfi müzakirə olunacağı üçün nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.

Chosen
20
7
apa.az

10Sources