EN

Vahid Məhkəmə Portalında növbəti çətinlik BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR

ain.az bildirir, Gununsesi portalına istinadən.

Zaman-zaman Ədliyyə Nazirliyi tərəfindən yaradılan “Elektron Məhkəmə İnformasiya Sistemi”ində  problemlərin olması, şikayətlərin elektron qaydada yerləşdirilməsindəki çətinliklər barədə vəkillər və ayrı-ayrı vətəndaşlar tərəfindən şikayətlər səsləndirilib.

Amma bu tənqidlər və narazılıqlara baxmayaraq belə hallar davam edir.

Redaksiyamıza müraciət edən vətəndaşlar bu dəfə Vahid Məhkəmə Portalında  Şəxsi Kabinet yarada bilmədiklərindən şikayətlənib.

Vətəndaşlar bildirib ki, Vahid Məhkəmə Portalında “E-kabinet” bölməsi günlərdir ki, çalışmır.

“Bəzi işlər var ki, vəkilə ehtiyacımız olmadan bunu Şəxsi kabinet üzərindən özümüz etmək istəyirik. Amma günlərdir ki, Vahid Məhkəmə Portalnda Şəxsi Kabinet yarada bilmirik” deyən vətəndaşlar əlavə edir ki, bnunla bağlı yaradılmış 887 saylı qaynar xəttə də düşə bilmirlər.

Gununsesesi.info olaraq, məsələ ilə bağlı aidyyatı cavabı öyrənməyə çalışacağıq.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
icma.az

1Sources