EN

Yeni virusların hər biri üçün test hazırlanmalıdır? - AÇIQLAMA

"Virusların hər biri üçün ayrıca test mövcud deyil. Məsələn, qrip virusunun, demək olar ki, testi yoxdur, amma bu virus həyatımıza daxil olub və onunla yaşamağa alışmışıq".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında yayılan viruslarla bağlı yeni testlərin hazırlanma imkanlarından danışan tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla deyib.
 
 
O bildirib ki, koronavirus pandemiya elan edildiyi üçün testlər hazırlanmağa başladı:
 
"Amma bu, gələcəkdə koronavirusun necə inkişaf etməsindən - yəni onun nəticələrindən və təsirindən asılı olaraq dəyişə bilər. Hər virus üçün test mövcud deyil. Dünyada viruslarla bağlı reallıq o qədər sürətlə dəyişir ki, hansı sürprizlə qarşılaşacağımızı bilmirik.
 
Koronavirus pandemiyasından əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan sağlamlığını təhdid edən 10 amildən biri kimi qrip pandemiyasını qeyd etmişdi. Bu, gec-tez baş verəcək. Çünki mutasiyaya uğrayan viruslar müəyyən dövrlərdə ciddi fəsadlara səbəb olur. Yəni belə bir pandemiya baş verə bilər və gözləniləndir.
 
Bəzi mühüm situasiyalarda bu cür testlərin hazırlanmasına ehtiyac yarana bilər. Məsələn, SARS-CoV üçün xüsusi testlər mövcuddur. Ancaq koronavirus mutasiyaya uğradıqca yeni variantlar ortaya çıxır və onların hər biri üçün ayrıca test hazırlamağa ehtiyac olmaya da bilər. Bu, yalnız həmin variantın ciddi pandemiyaya səbəb olub-olmamasından asılıdır. Əgər virus peşə sahələrinə və ictimai həyata ciddi təsir göstərən genişmiqyaslı bir pandemiyaya çevrilmirsə, testlərin hazırlanması zəruri sayılmır".
Chosen
29
2
moderator.az

3Sources