EN

Kanadada dinozavr sürüsünün qarışıq izləri tapılıb

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kanadadakı "Dinosaur Provincial Park" (Dinozavrlar Əyalət Parkı) ərazisində paleontoloqlar nadir bir tapıntı ilə rastlaşıblar – bir neçə dinozavr növü tərəfindən buraxılmış izlərdir, ounlar sürü olaraq hərəkət ediblər.

Bizimyol.info xəbər verir ki, bu, həmin bölgədə müxtəlif dinozavr növlərinin birgə hərəkət etməsi barədə ilk belə sübutdur və dünyada da belə tapıntılar çox azdır.

Kiçik bir sahədə – təxminən 29 kvadrat metr ölçüsündə – yaxşı qorunmuş izlər tapılıb. Bu izlər, ən azı beş cəratopsid (buynuzlu ot yeyən dinozavrlar), ankilozavr (zirehli dinozavr), kiçik teropod (hərəkətli yırtıcı dinozavr), eləcə də iki böyük iz, ehtimal ki, tiranozavridlərə məxsusdur.

İzləmə formalarının yerləşməsi xüsusilə maraq doğurub: cəratopsidlərin və ankilozavrın izləri bir-birinə yaxın yerləşib və eyni istiqamətdə hərəkət etmələrini göstərir. Teropodun izləri bir qədər kənarda yerləşir, iki böyük tiranozavr izləri isə əsas hərəkət istiqamətinə qarşı yerləşib. Bu, sürünün müdafiə funksiyası və ya müdafiə strategiyasını göstərə bilər.

Əvvəllər bu ərazidə müxtəlif dinozavrlara aid izlər tapılıb, amma onlar hər zaman bir növün nümayəndələrinə aid olub. Yeni tapıntı, erkən dövr ekosistemində sosial strukturların və növlərarası əlaqələrin mümkünlüyünü göstərir. Bu, müxtəlif növlərin birlikdə miqrasiya etməsi və ya yırtıcılardan müdafiə etməsi kimi davranışları əks etdirə bilər, müasir ot yeyən heyvanlar arasında – məsələn, zebra və antiloplar kimi.

Tədqiqatçılar, izlərin dəqiq formasını və ölçülərini müəyyən etmək üçün rəqəmsal fotogrammetriya və səth hündürlüyü istilik xəritələrinin yaradılması daxil olmaqla detallı araşdırma aparıblar.

Bu tapıntı, Kretase dövrünün ekosistemlərini öyrənmək üçün yeni imkanlar açır. Alimlər, müxtəlif növ dinozavrların birgə hərəkət etməsinin nə qədər yayılmış olduğunu araşdırmaq məqsədilə qazıntı sahəsini genişləndirməyi planlaşdırırlar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
bizimyol.info

1Sources