EN

"Kurtlar Vadisi"nin Kılıçı pərəstişkarlarını təəccübləndirdi: Tanınmaz hala düşüb

Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında "Kılıç bəy" obrazı ilə yaddaşlarda qalan aktyor Atilla Olqaçın son görüntüləri pərəstişkarlarını həm təəccübləndirib, həm də duyğulandırıb.

 

81 yaşlı aktyorun çox yaşlandığı və xarici görkəminin xeyli dəyişməsi diqqətdən yayınmayıb.

 

Bildirilir ki, təcrübəli aktyor uzun fasilədən sonra yenidən kameralar qarşısına keçib.

 

Onu sevənlər və sosial şəbəkə istifadəçiləri "illər rəhm etməyib" və "çox dəyişib" kimi şərhlər yazaraq, aktyorun hazırkı görkəmi ilə bağlı təəccüblərini gizlətməyiblər.

 

Oxu.az

Tarix: 4 Avqust 2025, 08:41   
Chosen
21
6
pravda.az

8Sources