EN

Trampa zəng edən İsveçrə lideri eşitdiklərindən dəhşətə gəldi

BAKI, 4 avqust. TELEQRAF

İsveçrə Prezidenti, Federal Maliyyə Departamentinin rəhbəri Karin Keller-Satter və ABŞ Prezidenti Donald Tramp arasında söhbət dəhşətli olub.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşr yazır ki, İsveçrə ABŞ-yə 150 milyard dollar sərmayə qoymaq niyyəti müqabilində Vaşinqtonun 10 faizlik tarifinə razılıq verməyə hazır olub. Keller-Satter iyul ayında bu barədə Trampdan razılıq aldığını iddia etmişdi. Amma problemlərin əsl miqyası iyulun 31-də bəlli olub. Məsələ ilə tanış olan rəsmilərin sözlərinə görə, həmin gün axşam saatlarında Keller-Satter Donald Trampla fəlakətli telefon danışığı aparıb.

Amerika lideri yalnız bir şeydən – İsveçrə ilə illik 39 milyard dollarlıq ticarət kəsirindən danışıb. Qəzetin həmsöhbətlərindən biri deyib: “Söhbət yaxşı olmadı, Tramp elə ilk dəqiqədən açıq şəkildə bildirdi ki, 10 faiz kifayət deyil. O, yalnız İsveçrənin ABŞ-dən pul oğurlamasına fokuslanmışdı. Keller-Satterin deyəcək heç bir sözü yox idi”.

Chosen
20
10
teleqraf.com

10Sources