EN

Millimiz Avropa Kubokunda 1-ci oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında keçirilən Avropa kuboku yekunlaşıb.

Msport.az xəbər verir ki, yarışların son günündə iki azərbaycanlı idmançı — Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq qızıl medallar qazanıblar.

Daha əvvəl Nihad Məmişov (60 kq) və Abil Yusubov (73 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan başqa, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) bürünc mükafatçı olublar.

Azərbaycan yığması ümumilikdə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, komanda hesabında 26 ölkə arasında 1-ci olub.

Chosen
3
2
msport.az

10Sources