EN

"Belə maşın idarə edərlər?" sözünə görə tanımadığı şəxsi küçədə döydü - HÖKM

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.


İttihama görə, hadisə bu iş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
 

Belə ki, İbrahim Bədəlov küçədə zərərçəkmiş Ziyad Ədalətovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, əli ilə qəsdən onun üz nahiyəsindən bir neçə dəfə zərbə vurub.


Hadisədən sonra İbrahim Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


O, məhkəmə ifadəsində bildirib ki, hadisədən əvvəl idarə etdiyi "VAZ-2106" markalı avtomobili mağazanın qarşısında saxlayarkən zərərçəkmiş "belə maşın idarə edərlər?" sözünü işlədib. Dava da elə bu sözdən sonra başlayıb.

 

Kamal Məmmədov 

Tarix: 4 Avqust 2025, 09:13   
Chosen
14
6
pravda.az

7Sources