EN

ABŞ-ın nüvə sualtı qayıqları Rusiya sərhədinə çatdı

Donald Trampın əmri ilə yenidən yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki nüvə sualtı qayığı təyin olunmuş əraziyə gəlib.

Referans xəbər verir ki, ABŞ Prezidenti bu barədə Nyu Cersidən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib .

"Onlar ordadırlar, olması gereken yerdədilər", - Tramp deyib.

Tramp ötən gün iki nüvə sualtı qayığının müvafiq ərazilərə yerini dəyişdirmə qərarını elan edib. Onun sözlərinə görə, bu sualtı qayıqlar indi Rusiya ərazisinə daha yaxın mövqelərdə yerləşdiriləcək.

Tramp bu qərarı, Rusiya Federasiyasının keçmiş prezidenti Dmitri Medvedevin paylaşımından sonra verib. Həmin paylaşımda Medvedev ABŞ liderinə Rusiyanın "Perimetr" sisteminə sahib olduğunu xatırladıb.

"Perimetr" SSRİ dövründə, soyuq müharibənin qızğın çağında yaradılmış və hazırda da Rusiya tərəfindən istifadə edilən avtomatlaşdırılmış sistemdir. Bu sistem mülki və hərbi komanda-rabitə xətləri zədələndiyi halda belə, kütləvi nüvə cavab zərbəsi endirilməsini zəmanət altına almaq üçün nəzərdə tutulub./ Publika.az

Chosen
53
1
referans.az

10Sources