Bakı. Trend:
Bu il avqustun 1-nə Azərbaycanda pul bazası 21,2 milyard manattəşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Məlumata görə, bu göstərici iyulun 1-i ilə müqayisədə 228,3milyon manat və ya 1,1% azdır.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,1 milyard manat və ya5,6%, son 1 ildə isə 511,5 milyon manat və yaxud 2,3% artıb.