EN

Tramp avqustun 9-da Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər


ABŞ Prezidenti Donald Tramp onun xüsusi nümayəndəsi Stiven Uitkoffun 6-7 avqustda Rusiyaya gedəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Bedminsterdən (Nyu-Cersi ştatı) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə danışıb.
“Düşünürəm ki, o, gələn həftə, çərşənbə və ya cümə axşamı Rusiyaya gedə bilər. Onu görmək istəyirlər, onunla görüşməyi xahiş edirlər. Görək nə olacaq”, - Tramp deyib.
Eyni zamanda, Amerika lideri təsdiqləyib ki, əgər həmin vaxta qədər Ukrayna böhranının nizamlanmasına nail olmaq mümkün olmasa, avqustun 9-da Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.
Chosen
41
5
yeniavaz.com

6Sources