Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Ucnoqta.az-a bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.
"Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər", -o əlavə edib.