EN

Ordu hazır vəziyyətə gətirildi – Türk ölkəsi HƏRƏKƏTƏ KEÇDİ

  Qazaxıstanla Rusiya arasında gərginlik artır. Moskva uzun illər susqun qaldığı ərazi iddialarını yenidən gündəmə gətirir. Şimali Qazaxıstanla bağlı

səsləndirilən “tarixi Rusiya torpaqları” ritorikası, Putinin Tokayevə yönəlik “xilas etdik” açıqlaması və Rusiya mediasında yayılan mesajlar

Kremldən Astanaya açıq siqnal kimi qiymətləndirilir. Siyasi müşahidəçilər prosesin Ukrayna ssenarisini xatırlatdığını və bölgədə yeni bir

münaqişənin alovlana biləcəyini istisna etmir.

Referans  xəbər verir ki, globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, son vaxtlar Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərdə

gərginlik həndəsi silsilə ilə artır.

Onun fikrincə, bu, əsasən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəsinin milli maraqlarını maksimum qoruyaraq müstəqil siyasət

yürütmək səyləri ilə bağlıdır:

“Hazırda Qazaxıstan Rusiyadan daha çox Çinlə, xüsusilə iqtisadi sahədə sıx əlaqələr qurur və bu istiqamətdə addımlar atılır. Lakin Moskvanın bu

inkişaflara qısqanclıq və bəzən təhdidkar reaksiyası gözə çarpır. Qazaxıstan və Rusiya mətbuatında tez-tez belə fikirlər səslənir ki, vaxtilə Putin

Şərqi Ukraynanın Rusiyaya, Qazaxıstanın şimal hissəsinin isə oxşar aqibətə məhkum olduğunu bildirmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi,

şərq ərazilərini zəbt etməsi və Krımın ilhaqı bu iddiaları daha da qüvvətləndirir. Bundan əlavə, 1922-ci ildə SSRİ yaradılan zaman Rusiyanın

Qazaxıstana beş ərazi verməsi və bunun nəticəsində Qazaxıstan SSR-inin formalaşması barədə geniş yayılan fikirlər də tarixi yanlışlıqlarla doludur.

Rusiya siyasi rəhbərliyinin Qazaxıstanın qədim dövlətçilik tarixinin olmadığını, dövlətçiliyin yalnız Qızıl Orda dövründən başladığını deməsi də bu

yanaşmanı gücləndirir”.

Deputat deyib ki, səsləndirilən fikirlər fonunda rəsmi Moskvanın Qazaxıstanla bağlı siyasətində ciddi siyasi və hərbi təbəbatların ola biləcəyi

düşünülür:

“2022-ci ildə Qazaxıstanda yaranan gərgin vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin Tokayevin xahişi ilə

ölkəyə daxil olması da bu kontekstdə dəyərləndirilir. Lakin Rusiya bu hadisəni öz maraqlarına uyğun təqdim edir, guya Qazaxıstan hakimiyyətini

“xilas edib”. Tokayevin isə fikri başqadır, o bunu rədd edir və yardımın KTMT çərçivəsində, ümumi dəstək kimi qiymətləndirilməsini istəyir. Tokayev

açıq şəkildə Rusiyanın ilhaq etdiyi əraziləri Rusiya torpağı saymadığını bildirərək, müstəqil və milli maraqları qoruyan siyasət yürütür. Bu da

Moskva tərəfindən qəbul edilmir və belə yanaşmalar həzm olunmur. Buna görə də Qazaxıstanla Rusiya arasındakı təzyiqlərin artması və bu

təzyiqlərin hərbi təbəqəyə keçməsi ehtimalı mövcuddur. Bu reallıqların fonunda Qazaxıstan ordusunun gücləndirilməsi üçün ciddi tədbirlər

görülür və döyüşə hazırlıq səviyyəsi yüksəldilir. Qazaxıstan həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür və Türkiyə, eləcə də digər üzv dövlətlərlə

strateji əhəmiyyətli əlaqələrə malikdir”.

Elman Nəsirov Rusiyanın problemlər yaşadığını qeyd edib:

“Rusiya artıq Ukrayna müharibəsində ciddi problemlər və böyük itkilərlə üzləşib. O, həm iqtisadi, həm də insan resursları baxımından zəifləyib. Belə vəziyyətdə Moskvanın yeni cəbhə açması ehtimalı zəifdir. Amma yenə də Rusiyanın Qazaxıstanın müstəqil siyasətini zəiflətmək üçün siyasi, diplomatik və lazım gəldikdə hərbi təzyiq mexanizmlərini işə salması gözləniləndir”.

Chosen
6
5
referans.az

6Sources