EN

İyul ayında Türkiyənin xalça ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 1 milyard 521 milyon 195 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə 231 milyon 343 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 0,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 2 milyard 783 milyon 934 min dollar məbləğində xalça ixrac edib.

Chosen
105
14
turkic.world

10Sources