EN

Serbiyalı hücumçu Premyer Liqa klubu ilə anlaşa bilmədi, ölkəsinə qayıtdı 

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Karvan” klubunun serbiyalı hücumçu İvan Cokoviçlə maraqlandığını xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun bölgə təmsilçisinə keçidi baş tutmayıb. Tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Cokoviç bir neçə gün öncə Azərbaycanda gəlmişdi. O, “Karvan”ın düşərgsində baxışda da olub.

Ancaq bölgə klubu 24 yaşlı forvardla razılıq əldə edə bilmədi. Bu səbəbdən də futbolçu Azərbaycandan ayrılaraq Serbiyaya yollanıb.

Xatırladaq ki, Cokoviç son olaraq ölkəsinin II Liqa klubu “Novi Qrada” klubunda çıxış edib. Futbolçu komandası ilə 28 oyunda 14 qol vurub.

Həsən Quluzadə

 

Chosen
16
1
idmanxeber.az

2Sources