EN

Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ qeydə alındı

Sakit okeanda Şimali Kuril adaları yaxınlığında 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat verib.

Zəlzələnin episentri Şimali-Kurilsk şəhərindən 232 km cənub-şərqdə yerləşib, ocağı dəniz dibindən 62 km dərinlikdə olub.

Şimali-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.

Chosen
46
10
news24.az

10Sources