EN

Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər

Kamçatka yarımadasında baş verən güclü zəlzələ dünya miqyasında təəccübə səbəb olub. Belə ki, 8,7 maqnitudalı şiddətli təkandan sonra sunami dalğaları və ciddi dağıntılar olsa da, möcüzəvi şəkildə bir nəfər belə insan itkisi yaşanmayıb. Zəlzələnin gücünə baxmayaraq, tələfatın olmaması maraq doğurub.

Kamçatka zəlzələsində insan tələfatının olmamasının səbəbi nədir?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, zəlzələlər geoloji hadisələrdir:

"Azərbaycan da palçıq vulkanizmi baxımından yüksək risk daşıyan ərazidə yerləşir. Böyük Qafqaz dağları nisbətən cavan olduğu üçün İsmayıllı, Şamaxı və Kiçik Qafqaz bölgələrində 8-9 bal gücündə zəlzələlər baş verə bilər. Bu bölgələrdə müntəzəm monitorinqlər aparılır və su quyularından nümunələr alınaraq kükürd miqdarının artması yoxlanılır. Zəlzələdən əvvəl kükürd miqdarında artım müşahidə olunması elmi cəhətdən sübut edilib, amma dəqiq proqnoz vermək hələ mümkün deyil. Bu baxımdan Kamçatkada zəlzələ ilə bağlı mövcud olan erkən xəbərdarlıq sistemləri insanların təhlükəsiz yerə qaçmasına kömək edib. Yarımada seysmik aktivliyin yüksək olduğu bölgə olsa da, insanlar bu tip təbii fəlakətlərə qarşı müəyyən hazırlıqlara malikdir. Bu da mümkün tələfatlara təsir göstərib. Həmçinin əhali vaxtında təxliyə olunub".

arzu

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, palçıq vulkanizmi Yer qabığında hərəkətlənmələrə və sıxılmalara səbəb ola bilər:

"Bunun, xüsusilə yatan vulkanların aktivləşməsinə təkan verməsi mümkündür. Məsələn, Bakıərazisində sonuncu dəfə 1922-ci ildə püskürmüş vulkanlar, palçıq vulkanizmi nəticəsində yenidən aktivləşə bilər. Təəssüf ki, bu ərazilər qanunsuz tikililərlə örtülüb, bu da zəlzələlərin yaratdığı dağıntıları, maddi ziyanı və insan tələfatını artırır. Kamçatkada isə vəziyyət belə deyil. Əvvəla, əhalisi az olan bölgədir. Yarımadada böyük şəhərlər və sıx məskunlaşma zonasının olmaması zəlzələnin insan itkisi olmadan ötüşməsinə şərait yaradıb. Əgər zəlzələ çox sıx əhalisi olan yerdə baş versəydi, vəziyyət fərqli ola bilərdi. Bundan əlavə, Kamçatka bölgəsindəki binalar və infrastruktur regionun seysmik aktivliyini nəzərə alaraq tikilir. Rusiya xüsusən zəlzələlərin tez-tez baş verdiyi ərazilərdə infrastrukturun dayanıqlı olmasına xüsusi diqqət yetirir. Bu da öz növbəsində insan tələfatına təsir göstərən amillərdən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
48
2
olaylar.az

3Sources