EN

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarını açıqladı

31 iyul 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının məbləği 11 milyard 191,2 milyon dollar təşkil edib.

Marja.az xəbər verir ki, İyun ayının sonu ilə müqayisədə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 37,3 milyon dollar və ya 0,33% artıb.

30 İyun 2025-ci il  tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 153,9 milyon dollar təşkil etmişdi. 

Rəsmi valyuta ehtiyatları (mln. USD)

31.07.2025     11191.2

30.06.2025     11153.9

30.05.2025     11094.6

30.04.2025     11062.5

31.03.2025     11026.5

28.02.2025     10991.8

31.01.2025     10988.5

29.12.2024     10959.5

Chosen
7
marja.az

1Sources