EN

Prezident Əliyev Rusiyaya buna görə cavab verdi Pol Qobldan mühüm açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin yüksək təxribat xarakterli bəyanatlarına cavab olaraq, iki nüvə sualtı qayığını müvafiq bölgələrə yerləşdirməyi əmr edib. O, Medvedevin təhdidləri fonunda Amerikanın Rusiya ilə mümkün nüvə müharibəsinə tam hazır olduğunu bildirib.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsində diplomatiya dalana dirənib. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilmir və Ukraynaya yeni hücumlar edir. Prezident Putin 2014-cü il sülh şərtlərini yenidən irəli sürür, Ukrayna isə Rusiyaya qarşı müqavimət göstərməyə davam edir. ABŞ və Avropa öz növbəsində Ukraynanı yenidən silahlandırır.

ABŞ-ın Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Rusiyanın regional siyasətinə dair Globalinfo.az-ın bəzi suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Ukrayna müharibəsi və həm də Qərb ilə Rusiya arasında gedən mübarizədə bu dirəniş qeyri-müəyyən şəkildə davam etdiyi kimi, münaqişə nəticəsində dünya nizamında ciddi dəyişiklik də baş verə bilər. Ukrayna müharibəsinin gedişatı hər iki tərəf və ümumilikdə dünya üçün nə vəd edir? 

– Ukraynada müharibənin necə bitəcəyi çox şeyi müəyyənləşdirəcək. Əgər Ukrayna Rusiya ilə sonu heç-heçə ilə bitən müqavimət və mübarizə apara bilsə, Putin və digərlərinin təcavüzkar gücdən istifadə etmələri məhdudlaşacaq və vəziyyət bir müddət stabilləşə bilər. Əgər Rusiya Ukraynanın böyük bir hissəsini zəbt edərsə və onun etdikləri beynəlxalq aləmdə tanınarsa, çox güman ki, bunun əksi faciəvi şəkildə gerçəkləşəcək.

– Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdidlərinə cavab olaraq ABŞ prezidenti Donald Tramp Amerika atom-nüvə silahı daşıyan sualtı qayıqlarını Rusiyaya daha yaxında yerləşdirdiyini bildirib. ABŞ-Rusiya qarşıdurması hansı məcrada davam edəcək?

– Gəmilərin yerləşdirilməsində dəyişiklik narazılıq və ya dəstək mesajları göndərmək üçün sınanmış olan köhnə üsuldur. Bu, nadir hallarda təkbaşına nəticəyə gətirib çıxarır və buna görə də çox vaxt dönüş nöqtəsi olmur.

– Rusiya-Azərbaycan münasibətlərində gərginlik hələ də qalmaqdadır. Gərginliyin aradan qalxması mümkün görünürmü? Münasibətlərin yoluna qoyulması, sizcə, hansı regional və qlobal amillərdən asılıdır? Həmçinin problemin həlli üçün hansı siyasi və iqtisadi rıçaqlar mövcuddur?

– Mən münaqişənin indiki gərginlik səviyyəsinin aşağı düşəcəyini gözləyirəm. Lakin Moskva ilə Bakı arasında münasibətlərdə köklü dəyişiklik çətin ki, tezliklə baş verə. Prezident Əliyev Rusiyanın pis davranışına cavab verdi, çünki o, dünyanın üç il əvvəlki kimi olmadığını başa düşür.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
2
globalinfo.az

3Sources