EN

DƏHŞƏT! Miqrant gəmisi batdı: 55 nəfər öldü

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Yəmənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 55-ə çatıb.Turkustan.az xəbər verir ki, Ebyenin Zincibar rayonunun səhiyyə müdiri Abdulkadir Bacmil verdiyi açıqlamada qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayının 55-ə yüksəldiyini, həyatını itirənlər arasında bir yəmənlinin də olduğunu bildirib.Bacmil həyatını itirənlərin hamısının dəfn edildiyini, qayıqda 100-dən çox Efiopiyalı qeyri-qanuni miqrantın olduğunu və onlarla adamın hələ də itkin olduğunu, axtarış işlərinin davam etdiyini bildirib.Təhlükəsizlik mənbələri Yəmənin cənubunda Ebyen sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfərin öldüyünü, onlarla insanın itkin düşdüyünü bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
icma.az

2Sources