EN

Mərkəzi Bankın valyuta ehtiyatları davamlı artır - Rəqəmlər

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2025-ci ilin iyulunda da artıb. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların həcmi 37,3 milyon dollar artaraq 11 milyard 191,2 milyon dollara çatıb. İyunda ehtiyatların həcmi 11 milyard 153,9 milyon dollar idi. 


Ümumilikdə, son 8 ayda AMB-nin ehtiyatlarının davamlı artması müşahidə edilir. Sonuncu dəfə ehtiyatlarda azalma 2024-cü ilin oktyabrında qeydə alınıb. Həmin tarixdə ehtiyatların həcmi 10 milyard 967,8 milyon dollara düşmüşdü. 


Son 8 ayda ehtiyatların həcmi 223,4 milyon dollar artıb. 


Qeyd edək ki, AMB-nin ehtiyatlarının artmasınən əsas səbəbi daxili bazarda dollar satışının alışdan çox olması ilə bağlıdır. Bazarda satılmayan dollarları AMB alır ki, bu da valyuta ehtiyatlarının artmasına səbəb olur. 

 

Vasif
  

Chosen
11
sfera.az

1Sources