EN

Qadağan olunan çimərliklərdə kafe və restoranlar niyə fəaliyyət göstərməlidir?

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Çimmək olmaz, amma xidmət var.

Paytaxtın bir çox kənd və qəsəbələrində qeyri-çimərlik ərazilər var, hansı ki, orda çimmək qadağandır, təhlükəlidir. Bu səbəblə əraziyə nəzarət də yoxdur. Lakin,  sözügedən ərazilərin bəzilərində kafe, restoran kimi obyeklər fəaliyyət göstərir ki, bu da insanları həmin ərazilərə cəlb edir.

Məsələ ilə bağlı FHN rəsmisi bildirdi ki, əgər bir ərazidə xilasedicilər, quurmun məntəqəsi, məlumat lövhələri və suda məhdudulaşıdırcı nişanlar və məlumat lövhələri yoxdursa deməli ora nəzarətsiz çimərlikdir.

Lakin müəssisələrin əməkdaşları deyirlər ki, icazəni rayon icra hakimiyyətindən alıblar. Müdürləri danışmasa da, əməkdaşları qiymətlər və xidmətlərlə bağlı qısa da olsa məlumat verdilər.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, həmin müəsəsisələrin fəaliyyətlərinə icazə və nəzarəti rayon üzrə icra orqanları həyata keçirir. 

BAKU.WS Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
3
baku.ws

4Sources