EN

İranda Müdafiə Şurası yaradılıb

Yeni struktur silahlı qüvvələrin imkanlarının gücləndirilməsi ilə məşğul olacaq...

Poliqon xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi ölkədə Müdafiə Şurasının yaradılmasını təsdiqləyib. Bəyanatda qeyd olunur ki, yeni orqan “ölkənin xarici təhdidlərdən müdafiəsinə cavabdeh olacaq, həmçinin müdafiə planları və İran İslam Respublikasının silahlı qüvvələrinin imkanlarının gücləndirilməsi məsələlərinə diqqət yetirəcək”.

Müdafiə Şurasının sədri ölkə prezidenti olacaq. Şuraya həmçinin qanunverici və məhkəmə orqanlarının rəhbərləri, Silahlı Qüvvələrin komandanı və aidiyyəti nazirliklərin nümayəndələri daxil ediləcək.

Eyni zamanda, mühacirətdə fəaliyyət göstərən müxalif “Iran International” televiziya kanalının baş analitiki qeyd edib ki, bu şuranın əsas məqsədi rejimi qorumaq və onun çökməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, “İsrail və İran arasında baş vermiş 12 günlük müharibənin gözlənilməzliyi Xameneinin hərbi rəhbərliyə olan etimadını sarsıdıb və indi o, SEPAH-ı, ordu komandirlərini və Baş Qərargahı daha da institusionallaşdırmağa çalışır”.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources