EN

Tramp Rusiyaya sanksiya tətbiq etməmək üçün şərtini açıqlayıb

Rusiya Ukrayna ilə sülh razılaşması əldə etsə, sanksiyalardan yayına bilər.

AzPost bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

Jurnalistlər Ağ Ev rəhbərinə “ruslar daha sərt sanksiyalardan qaçmaq üçün nə edə bilər?” sualını veriblər.

Buna cavab olaraq Tramp deyib ki, sanksiyaların götürülməsinin açarı hər iki tərəfdən itkilərə son qoyacaq sülh razılaşmasına nail olmaqdır: “İnsanların ölməsinin dayandırılması ilə bağlı razılığa gəlin. Çoxlu sayda rus əsgərinin öldürüldüyü barədə mənə indicə məlumatlar verildi. Ukraynada isə bu, daha azdır, amma yenə də minlərlə insandır. İndi də onların raketlərlə vurulduğu şəhərləri əlavə edirik. Deməli, bu mənasız müharibədə çoxlu insan həlak olur”, – ABŞ prezidenti bildirib.

AzPost.az

Chosen
4
1
azpost.info

2Sources