EN

“Belə maşın idarə edərlər?” deyən şəxsi küçədə döydü

Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.

İttihama görə, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, İbrahim Bədəlov küçədə zərərçəkmiş Ziyad Ədalətovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, əli ilə qəsdən onun üz nahiyəsindən bir neçə dəfə zərbə vurub.

Hadisədən sonra İbrahim Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

O, məhkəmə ifadəsində bildirib ki, hadisədən əvvəl idarə etdiyi VAZ-2106 markalı avtomobili mağazanın qarşısında saxlayarkən zərərçəkmiş “belə maşın idarə edərlər?” – ifadəsini işlədib. Dava da elə bu sözdən sonra başlayıb.

Chosen
4
6
konkret.az

7Sources