EN

Bakıda əhalinin ən sıx yaşadığı RAYONLAR

2025-ci ilin əvvəlinə olan məlumatlara görə, Bakı şəhərində əhalinin sayı 2.4 milyona yaxın olub. 

Buna baxmayaraq paytaxt ərazisində əhali bərabər şəkildə yerləşməyib.

Far.Az xəbər verir ki, "modern.az"ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Bakıda ən çox məskunlaşdığı rayon Sabunçu olsa da, əhalinin sıxlığına görə siyahıya Nəsiminə rayonu başçılıq edir.

Rayonların əhali sayı aşağıdakı kimidir:

Sabunçu rayonu – 331.3 min nəfər

Binəqədi rayonu – 308.6 min nəfər

Xətai rayonu – 277.0 min nəfər

Nəsimi rayonu – 219.5 min nəfər

Suraxanı rayonu – 208.9 min nəfər

Xəzər rayonu – 206.2 min nəfər

Yasamal rayonu – 194.2 min nəfər

Nizami rayonu – 185.9 min nəfər

Nərimanov rayonu – 181.2 min nəfər

Səbail rayonu – 102.0 min nəfər

Qaradağ rayonu – 117.7 min nəfər

Pirallahı rayonu – 18.8 min nəfər

Əhali sıxlığına görə (1 kv.km-ə düşən insan sayı) Bakı rayonları: 

Nəsimi rayonu – 21,950 nəfər/km²

Nizami rayonu – 9,295 nəfər/km²

Xətai rayonu – 9,233 nəfər/km²

Nərimanov rayonu – 9,060 nəfər/km²

Yasamal rayonu – 9,710 nəfər/km²

Səbail rayonu – 3,400 nəfər/km²

Binəqədi rayonu – 2,374 nəfər/km²

Suraxanı rayonu – 1,741 nəfər/km²

Sabunçu rayonu – 1,380 nəfər/km²

Pirallahı rayonu – 627 nəfər/km²

Xəzər rayonu – 557 nəfər/km²

Qaradağ rayonu – 109 nəfər/km²

Chosen
41
14
far.az

10Sources