EN

Vitkof Rusiyaya gedəcək

Bu barədə ABŞ Prezidenti Donald Tramp yerli mətbuata açıqlamasında məlumat verib. O, səfər tarixinin hələ dəqiqləşdirilmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Stiv Vitkof Rusiyaya bu il ərzində daha əvvəl üç dəfə səfərə yollanıb. Axırıncı dəfə aprelin 11-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Ukraynada müharibənin həlli istiqamətində fikir mübadiləsi aparıblar.

Xüsusi nümayəndənin, eyni zamanda, ötən günlərdə İsrailə və Qəzza zolağına səfəri baş tutub. O, Baş nazir Benyamin Netanyahu ilə görüşüb, həmçinin Qəzzadakı humanitar yardım mərkəzlərinə nəzərdən keçirib, yerli sakinlərlə söhbətləşib.

Firudin Həmidli
AzVision.az
Chosen
7
1
azvision.az

4Sources