Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azəebaycan) cütünün məğlubunun da rəqibi bəlli olacaq. Məğlub tərəf Avroliqada pley-off-da oynayacaq.
Bu cütlük püşkatmada səpələnməmişlər səbətində yer alacaq və səpələnmişlər siyahısında aşağıda adları qeyd edilən komandalardan birinə rəqib olacaq:
“Hamrun Spartans” (Malta) – “Makkabi” Təl-Əviv ((İsrail) cütünün qalibi (Avroliqa)
“Young Boys” (İsveçrə)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu (Çempionlar Liqası)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün məğlubu (Çempionlar Liqası)
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.