Bakı.Trend:
ABŞ prezidenti Donald Tramp onun əvvəl verdiyi göstərişə uyğunolaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki atom sualtıqayığının Rusiyaya yaxın müəyyən bir əraziyə dislokasiya olunduğunutəsdiqləyib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
“Mən artıq bəyanat vermişəm və cavab belədir: bəli, onlar həminregionda, olmalı olduqları yerdədirlər”, – deyə Tramp Vaşinqtondajurnalistlərin sualına cavab olaraq bildirib.
ABŞ prezidenti şənbə günü bəyan etmişdi ki, ABŞ-yə məxsus ikiatom sualtı qayığı Rusiyaya doğru hərəkət edir.
“Onlar Rusiyaya daha yaxındır. Bəli, onlar Rusiyaya dahayaxındır”,- deyə Tramp "Newsmax"a müsahibəsində sualtı qayıqlarınRusiya bölgələrinə yaxınlaşıb-yaxınlaşmadığı sualınıcavablandırarkən deyib.