EN

DİN qanunsuz saxlanılan silah-sursatın aşkar olunması ilə bağlı tədbirləri davam etdirir

DİN

Avqustun 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 11 tüfəng, 16 patron darağı və müxtəlif çaplı 792 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
36
24
1news.az

10Sources